EN

“Neftçi” Qara Qarayevlə yollarını ayırıb -EKSKLÜZİV

“Neftçi”

Bakı, 19 sentyabr, AZƏRTAC

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
22
azertag.az

10Sources