Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 3 nəfərin həbs edildiyi, 4 nəfərin həbsinə order verildiyi bildirilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsinin yazılı açıqlama yayıb.
Araşdırmalar nəticəsində həmin şəxslərin qanunsuz qruplaşma yaradaraq hakimiyyəti zorla ələ keçirmək və bu məqsədlə zorakılıq və hədə-qorxu ilə Ermənistan hökumətinin səlahiyyətlərini ələ keçirmək üçün hazırlıq gördüyü müəyyən edilib.
Müəyyən edilib ki, bu şəxslər əvvəlcədən razılaşma yolu ilə hakimiyyəti ələ keçirmək məqsədilə 2024-cü ildə Rusiyada üç aylıq təlim keçmək üçün Ermənistanın bir çox erməni sakinlərinə aylıq 220 min rus rublu (təxminən 2350 dollar) məbləğində maaş veriblər. Bildirilib ki, dövlət çevrilişinə hazırlıq keçənlərə ağır silahlardan istifadə qaydaları öyrədilib, Ermənistana qayıtdıqdan sonra əməliyyatlarda iştirak etmək və başqalarına təlim keçmək üçün məlumat verilib. İstintaq komitəsinin açıqlamasında bu şəxslərin Rostova aparıldığı və çevriliş edənlərin Ermənistan hüquq-mühafizə orqanları ilə hər hansı əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün yalan detektoru testi tətbiq edildiyi bildirilib.
Həmin şəxslərin daha sonra döyüş təlimi keçmək üçün Rusiyadakı “Arbat” adlı hərbi bazaya aparıldığı və çevriliş etmək üçün hazırlandıqları vaxtı bu şəxslərə elan edildiyi bildirilib.
İstintaq çərçivəsində 3 nəfərin məhkəmə tərəfindən həbs edildiyi, dövlət çevrilişinə cəhddə iştirak edənlərin daha çox olub-olmamasının müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdirildiyi açıqlanıb.
Nəsimi Ələsgərli