EN

Qara Qarayev “Neftçi”dən getdi… Anlaşma necə baş tutdu?

“Neftçi”, nəhayət ki, Qara Qarayevlə yollarını ayırıb.

“Ağ-qaralar” bir müddətdir danışıqlar apardığı Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa birtəhər son qoyub.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İşbirliyinin dayandırıması hansı şərt əsasında gerçəkləşib?

Paytaxt təmsilçisi bunun üçün təzminat ödəməyə razılaşıb. Qarayevə 5 aylıq maaşı həcmində kompensasiya verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi.

O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi. Qara avqustdan bəri “dubl”u komanda olaraq meydana çıxarırdı.

Yığmanın keçmiş üzvü bura Emin Mahmudovun sözüylə gəlmişdi. İllik 300 min dollar civarında müqaviləyə imza atmışdı.

“Neftçi” Premyer Liqada 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sportinfo.az

1Sources