EN

Rəssamların Suqovuşana və Talışa ilk infoturu təşkil olunub VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) rəssamlardan ibarət yaradıcı qrupun iştirakı ilə Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Taliş kəndinə ilk dəfə infotur təşkil edib.

QMKİDK-dən AZƏRTAC-a bildiriblər ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən infotur zamanı iştirakçılar ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, foto və videoçəkilişlər aparıblar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışı ilə bağlı həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verilib. Suqovuşan qəsəbəsində rəssamlara bu yerlərin füsunkar təbiəti ilə yerində tanış olmaq, əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb. Onlar Talış kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olub, burada yaradılan yeni iş yerlərinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir.

Chosen
33
13
azertag.az

10Sources