EN

“Əsrin müqaviləsi” suverenliyimizin təminatçısıdır

Bakı. Trend:

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdənsonra ölkəmiz bütün sahələrdə ciddi böhranla üzləşdi. BirinciQarabağ Müharibəsi ölkəmiz üçün ağır itkilərlə nəticələnmişdi. Beləki, iqtisadi potensialın məhv edilməsi, inkişafın dayanması, eynizamanda qaçqın və məcburi köçkünlərin sayının artması ölkəmiziböyük humanitar fəlakətin astanasında qoydu.

Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider HeydərƏliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə təkrar qayıdışıölkədə dövlət quruculuğu prosesinin başlanğıcını oldu.

XX əsrin sonlarında müstəqilliyinə qovuşmuş Azərbaycan bütündünya dövlətləri tərəfindən tanındıqdan sonra, Azərbaycan xalqınaaid olan təbii sərvətlərin düzgün idarə olunmasını və bölgüsünüşəffaf apararaq, dövlət maraqlarını təmin etməklə yanaşı, eynizamanda hər bir iddialı tərəfin də maraqlarının təmin olunmasınaçalışıb.

20 sentyabr 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi vəyorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsi o zamandünyanın, eləcə də regionun gələcək inkişafında bütün tərəflərinmaraqlarını təmin etdi və bu günə qədər öz dayanıqlılığını qoruyubsaxlayıb. Əsrin Müqaviləsinin icrası eyni zamanda gənc AzərbaycanRespublikasının dünyada tanınmasına, nüfuzunun artmasına gətiribçıxardı, onu etibarlı tərəfdaşa çevirdi. Məhz müstəqilliyimizinsütunlarından sayılan neft müqaviləsi iqtisadiyyatımızıninkişafına, İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin əldəolunmasında mühüm maliyyə mənbəyinə çevrildi.

Qeyd edim ki, Müqavilənin imzalanmasında Azərbaycan Respublikasıilə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya vəSəudiyyə Ərəbistanının 13 ən məşhur neft şirkəti Amoco, BP,McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları,Pennzoil, ITOCHU, Ramco, Delta iştirak ediblər.

Təsadüfi deyil ki, 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsinimükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habeləiştirakçı beynəlxalq konsorsiumların etibarını qazanaraq bu günregionun lider dövləti olaraq qəbul olunmaqdadır.

Ümumiyyətlə, 2003-cü ildən etibarən Prezident İlham ƏliyevAzərbaycanın çoxvektorlu xarici siyasətində enerji siyasətiniprioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regiondasülhün, sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasındaəsas alət kimi istifadə etməkdədir. Ölkəmizin son 20 ildəQərb-Şərq, Şimal-Cənub birləşdirici logistik dəhlizlər üzrəçoxsaylı vacib layihələri həyata keçirməsi, eləcə də dünya siyasiarxitekturasının dəyişdiyi bir dönəmdə yeni çağırışlara əsaslananenerji siyasətinə olan sadiqliyi dünya dövlətlərinin Azərbaycanaolan marağını artırmaqdadır.

Artıq Azərbaycan neft müqavilələrinin uğurlu idarə olunması iləyanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəqolmaqdadır. Eyni zamanda, dördüncü sənaye inqilabınınçağırışlarından olan alternativ enerji mənblərinin müəyyənedilməsi, yaşıl gündəliyin zənginləşdirilməsi Azərbaycanın enerjisiyasətinin tərkib hissəsi kimi, gələcək layihələrin hazırlanmasıvə həyata keçirilməsində mühüm rol oynayır.

Qürurla deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imzaatan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycanözünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl”iqtisadiyyat siyasətinə transformasiya edir.

Xüsusilə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycan“yaşıl” iqtisadiyyatın təşviqi və “yaşıl” enerjinin istehsalısahəsində bir sıra vacib meqa layihələrə imza ataraq, dünyadaenerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativenerjinin xaricə nəql olunması istiqamətində dost dövlətlər mövcudəlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayişetdirirlər.

Məhz bu amillər İkinci Qarabağ-Vətən Müharibəsi zamanı, habeləpostmüharibə dövründə Cənubi Qafqazfda sülh, əmin-amanlıq vətəhlükəsizliyin təmin olunması üçün ölkəmizin əsas silahı oldu.Xüsusilə, Azərbaycanın bütün dünya dövlətlərinin yekdil qərarı iləbu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməsiəsası Ulu Öndər tərəfindən qoyulan, dünyada müvəffəqiyyətlə həyatakeçirdiyimiz enerji layihələrinə, ümumilikdə enerji siyasətimizəverilən qiymətin bariz göstəricisidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinindeputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
6
az.trend.az

7Sources