EN

Filippində tropik qasırğalar nəticəsində 23 nəfər ölüb

Filippində "Ferdi", "Gener" və "Helen" adlı tropik fırtınalarda 23 nəfər həyatını itirib və təxminən bir milyon insan bu hava hadisələrindən təsirlənib. SİA xarici KİV-ə istinadən xəbər veri ki, Filippin Xəbər Agentliyinin məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası fırtınalarla bağlı açıqlama verib.

Fırtınalar nəticəsində 23 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını, 15 nəfərin isə hələ də itkin düşdüyü bildirilib. Təxminən bir milyon insanın fırtınalardan təsirləndiyini bildirən sözügedən qurum, 63 min insanın sığınacaqlara təxliyə edildiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
sia.az

1Sources