EN

Qvardiola Kevin De Bröyneni fasilədə əvəzləməsinin səbəbini dedi

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "İnter"ə qarşı keçirdikləri ev oyununun (0:0) fasiləsində komandanın yarımmüdafiəçisi Kevin De Bröyneni əvəzləməsinin səbəbini deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"De Bröyne zədəlidir. Sabah (bu gün - red.) zədəsi barədə daha dəqiq məlumatım olacaq. "Arsenal"la oyunda oynayıb-oynamayacağını hələ dəqiq bilmirəm".

Xatırladaq ki, 33 yaşlı De Bröyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
fanat.az

2Sources