ABŞ İran İnqilab Keşikçiləri Korpusunun üzvləri də daxil olmaqla 12 nəfərə “insan haqlarını pozduğuna” görə sanksiya tətbiq edib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada İranda pozuntulara qarşı sanksiyaların davam edəcəyi mesajı verilib.
Bəyanatda qeyd olunub ki, İran İnqilab Keşikçiləri Korpusunun üzvləri və İran Həbsxanalar Müəssisəsinin rəsmiləri də daxil olmaqla, ümumilikdə 12 nəfər “insan hüquqlarının pozulması” səbəbindən sanksiya siyahısına əlavə edilib.
ABŞ Dövlət Departamenti bəzi məhbusların həbsxanada ölümlə nəticələnən pis rəftara məruz qaldığını və bu pozuntulara səbəb olanların sanksiya siyahısına salındığını bildirib.
ABŞ-ın sanksiya siyahısına daxil olan şəxslərin və qurumların, əgər varsa, ABŞ-dakı aktivləri dondurulur, onlar ölkədə heç bir kommersiya fəaliyyəti həyata keçirə bilmir, onların Amerika vizalarına çıxışı və ölkəyə girişi dayandırılır.
Eltac Zülfüqaroğlu/Turkustan.az