EN

“Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazılan növbəti şərəf salnaməsidir”-politoloq

“Bu

“Ötən ilin sentyabr ayında baş tutmuş antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan növbəti şərəf salnaməsidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib. O, diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzün böyük qismi təmin olunmuş, qarşı tərəfin ağ bayraq qaldırması nəticəsində geridə qalan problemlərin hərbi çərçivədə deyil, dinc şəraitdə həllini tapması qərara alınmışdı: “Bu qərardan irəli gələn öhdəlikləri Paşinyan Üçtərəfli Bəyannamə çərçivəsində üzərinə götürsə də, təəssüflər olsun ki, əsas problem olan separatizmin ləğvi istiqamətində heç bir addım atılmadı. Əksinə, separatizmin daha da genişlənməsi, separatçıların resurslarla təminatı, özlərinə qondarma dövlət kimi göstərmə cəhdləri nümayiş olundu. Qarşı tərəfə bununla bağlı dəfələrlə Prezident İlham Əliyev tərəfindən kəskin xəbərdarlıqlar edilsə də, laqeyd yanaşma sonda məsələnin antiterror əməliyyatı ilə bitməsinə gətirib çıxardı. Azərbaycan Ordusu və Azərbaycan diplomatiyası növbəti dəfə düşmənə və dünyaya göstərdi ki, milli maraqlarımızın, təhlükəsizliyimizin təminatı üçün hər cür imkanlara sahibik və sonuna qədər də qətiyyətimizdən geri çəkilməyəcəyik”.

Z.Qarayeva həmin hərbi əməliyyatların sülh yolunda addımların fundamental başlanğıcı olduğunu vurğulayıb.

Chosen
32
xalqcebhesi.az

1Sources