EN

Elm dünyasından qəhvə və çay sevənlərə şad xəbər

Dünyanın ən məşhur içkiləri olan qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırma bu içkilərin ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini göstərdi.Elchi.az xəbər verir ki, Çin və İsveç alimlərinin UK Biobank məlumatlarını araşdırdıqları araşdırma, qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoydu.Araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır.Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar.Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib.Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçılar ürək-damar sağlamlığında heç bir istehlak etməyənlərə nisbətən daha yaxşı nəticələr əldə ediblər.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
10
elchi.az

10Sources