EN

"Azərbaycan hərbi xərcləri azaldaraq bərpa və inkişaf layihələrinə fokuslanacaq" - QHT sədri

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov, Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə baxmayaraq, Azərbaycanın 2025-ci ildə hərbi xərclərini 468 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayıracağını açıqlayıb.  

QHT.az xəbər verir ki, QHT sədri qeyd edib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına gələn il Azərbaycanın dövlət büdcəsindən 4 milyard manat (2.352 milyard dollar) ayrılacaq. Bu, işğaldan azad olunan ərazilərdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiqləyir və Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsini əks etdirir.

Chosen
18
1
qht.az

10Sources