EN

Tutulmamaq üçün 10 il çobanlıq etdi, oyun oynayarkən həbs olundu

Türkiyənin Bursa şəhərində 15 il 2 ay həbs cəzası verilən şəxs "okey" oyunu oynayarkən tutulub. 

"Unikal" xəbər verir ki, cinayətkarın illər əvvəl verilən qərara görə yoxa çıxdığı məlum olub. Davud D. adlı şəxs tutulmamaq üçün 10 ildən çox dağlarda çobanlıq etdiyini deyib. 

O, 10 il 8 ay sonra dostu ilə görüşmək üçün Bursa şəhər mərkəzinə gəlib. Şübhəli Asayiş Şöbə Müdirliyi Axtarılan Şəxslər Bürosu qruplarının əməliyyatı zamanı kafedə "okey" oynayarkən yaxalanıb.

Asayiş Şöbə Müdirliyinə aparılan Davud D. ifadəsindən sonra məhkəmə tərəfindən həbs edilib.

Ağarza Elçinoğlu 

Chosen
172
50
unikal.az

10Sources