EN

“Qarabağ”ın rəqibi kubokda qələbəyə sevindi

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Tottenhem” İngiltərə Kubokunda növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisi aşağı liqa klubu “Koventri” ilə qarşılaşıb. Görüş “Tottenhem”in qələbəsiylə başa çatıb – 2:1.

London klubu 88-ci dəqiqəyə qədər 0:1 hesabıyla geridə olsa da, Spens və Conconun 4 dəqiqəyə vurduğu 2 qolla qələbə qazanaraq, mərhələ adlayıb.

“Qarabağ” “Tottenhem”lə sentyabrın 26-da səfərdə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
1
futbolinfo.az

2Sources