Təhlükəsizlik məmurları Təbrizdə yaşayan milli fəal Rəhman Azərmirada telefon edərək onun Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinə getməsini tələb ediblər.
Bu barədə milli fəala yaxın şəxslər məlumat yayıb.
Bildirilib ki, Azərmirad çağırışın rəsmi olmadığına görə təhlükəsizlik idarəsinə getməkdən imtina edib.
Qeyd edək ki, milli fəal dinc mədəni fəaliyyətlərinə görə, 2022-ci il noyabrın əvvəllərində də həbs edilib.
Təhlükəsizlik təcridxanasında işgəncələrə məruz qalan Rəhman Azərmiradın barmaqları qırılıb, baş və bel nahiyəsindən ağır xəsarətlər alıb.
visiontv.az