“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “İnter”ə qarşı keçirdikləri ev oyununun (0:0) fasiləsində komandanın yarımmüdafiəçisi Kevin De Bröyneni əvəzləməsinin səbəbini deyib.
7Times.az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi “X” hesabı üzərindən belə çatdırıb:
“De Bröyne zədəlidir. Sabah (bu gün – red.) zədəsi barədə daha dəqiq məlumatım olacaq. “Arsenal”la oyunda oynayıb-oynamayacağını hələ dəqiq bilmirəm”.
Xatırladaq ki, 33 yaşlı De Bröyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Fanat.Az