Azərbaycanda karbon vergisinin tətbiq edilməsi nəzərdən keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, bunu Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov deyib.
“Karbon emissiyasının azaldılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla karbon vergisinin və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi ətraf mühitin qorunması üçün dünya ölkələri tərəfindən tətbiq olunan yaşıl iqtisadiyyatla bağlı digər alətlərin tətbiqi diqqət mərkəzindədir”, - deyə Ə.Əhmədov əlavə edib.//APA