EN

ABŞ SEPAH və ETTELAAT üzvülərinə qarşı sanksiya tətbiq edib

ABŞ İranda insan hüquqlarının pozulması və əks fikirli insanlara qarşı repressiv davranmaqda şübhəli bilinən 12 vəzifəli şəxsə yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

İran İnqilab Keşikçiləri Korpusunun üzvləri və ölkənin Həbsxanalar Müəssisəsinin rəsmiləri də daxil olmaqla, ümumilikdə 12 nəfər “insan hüquqlarının pozulması” səbəbindən sanksiya siyahısına əlavə edilib.

Sanksiyaya məruz qalanlar arasında İranın kəşfiyyat və təhlükəsizlik nazirinin daxili təhlükəsizlik məsələləri üzrə müavini Yəhya Hüseyni Pencəki də var.

O, xarici ölkələrdə İran hökumətinə müxalif şəxslərin terror edilməsindəki roluna görə sanksiyalar siyahısına salınıb.



Chosen
21
visiontv.az

1Sources