EN

Müəllimlərin həyatında PR-ın rolu

Müasir dövrə gənc müəllimlərimizin əvvəlki dövrə baxanda daha çox rəqəmsallığa, sosial şəbəkələrə marağının olduğunu görürük. Bəs PR bu rəqəmsallığın hansı hissəsində dayanır?PR gənc müəllimlərin tədris həyatında vacib rol oynayır. Çünki onlar təkcə sinifdə deyil, həm də valideynlər və həmkarları ilə səmərəli və davamlı ünsiyyət qurmalıdırlar. İctimaiyyətlə əlaqələr bacarıqlarının təkmilləşdirilməsi gənc müəllimlərə təhsil proseslərini və cəmiyyətlə münasibətlərini daha səmərəli idarə etməyə imkan verir.Gənc müəllimlərin PR sahəsində güclü olması üçün ən çox hansı bacarıqları vacibdir?Əslində belə deyə bilərik ki, müəllimlərimizin PR sahəsində güclü olması üçün ən əsas amillərdən biri yumuşaq bacarıqlarının olmasıdır. Bu həm təhsil həyatında, həm də öz şəxsi inkişafında böyük rol oynaya bilər. Hal-hazırki təhsil həyatımızda müəllimlərin ünsiyyət qurma bacarığı daha vacibdir.Yaxşı ünsiyyət bacarığı olan müəllimlər əlbəttə ki, şagirdlərlə, valideynlər və məktəb rəhbərliyi ilə şəffaf ünsiyyət qura bilirlər. Xüsusən də valideynlərlə. Dövrümüzün ən aktual məsələlərindən biri məktəb həyatında müəllim, şagird və valideyn üçlüsüdür. Müəllimlərin ünsiyyət bacarığı nə qədər yaxşı olsa bu üçlü münasibət o qədər yaxşı irələliyəcəkdir. Buna görə də valideynlərlə güclü, etibarlı münasibət qurmaq müəllimin uğuru üçün çox vacibdir. Valideynlərlə mütəmadi olaraq ünsiyyətdə olmaq, şagirdlərin vəziyyəti barədə onlara məlumat vermək və onların tədris prosesində iştirakını daha da yaxşı vəziyyətə gətirib çıxarda bilər.Yumuşaq bacarıqlardan başqa müəllimlərimiz özlərinin necə PR-nı yaratmalıdırlar?Müsbət imic yaradaraq müəllimlər öz PR-nı yarada bilərlər.Müəllimlər həmişə öz peşəkar reputasiyalarını qorumalıdırlar. Həm sinif daxilində, həm də sinifdən kənarda peşəkar mövcudluğu qorumaq vacibdir. Məktəb nailiyyətlərinizi, layihələrinizi və innovativ tədris metodlarınızı valideynlər və cəmiyyətlə bölüşərək müsbət imic yaratmağa çalışın.Müəllimlərin sosial şəbəkələrdə olması onların PR-nı gücləndirirmi?Əlbəttə! Sosial şəbəkə platformaların olması, müəllimlərin iş həyatına mühüm rol oynayır.Rəqəmsal əsrdə ictimaiyyətlə əlaqələr üz-üzə ünsiyyətlə məhdudlaşmamalıdır. Əsasən də müəllimlərimiz e-poçt, sosial media və ya məktəb veb saytı kimi rəqəmsal platformalar vasitəsilə effektiv ünsiyyət qurmaları onların PR sahəsində daha da inkişaf etməsinə gətirib çıxardır. Qeyd edim ki, sosial şəbəkələrdə ünsiyyətdə mütləq şəkildə peşəkar dildən istifadə etməli və məxfiliyə diqqət yetirilməlidir.İndiki təhsildə müəllimlər sizcə PR-ını apara bilirlərmi?Son illərdə daha çox müəllimlərin PR-da yaxşı formada irəlilədiyini görürəm. Əvvəllər bunu demək çətin olsa da indiki vəziyyətdə müəllimlər özləri sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarırlar. Biz də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasındada çalışdığımız qədər müəllimlərin PR bacarıqlarını, media savadlılığı təlimləri keçib, lazımı dəstək veririk.Qeyd edim ki, İctimaiyyətlə əlaqələr bacarıqlarından səmərəli istifadə edən gənc müəllimlər həm məktəb mühitində, həm də cəmiyyətlə münasibətlərdə daha uğurlu olurlar. Açıq ünsiyyət, empatiya, böhranın idarə edilməsi və müsbət imic yaratmaq kimi elementlər müəllimlərin ictimaiyyətlə əlaqələrdə uğurlu olmasını təmin edir.Fidan Quluzadə,PR mütəxəssisi

ADEX

Chosen
47
1
baku.news

2Sources