EN

Norveçdə benzinlə işləyən avtomobillərdən daha çox elektrik avtomobilləri var

Norveç dünyada elektriklə işləyən avtomobillərin sayının benzinlə işləyən avtomobillərin sayından çox olduğu ilk ölkə oldu.

Herbiand.az xəbər verir ki, bu barədə Norveç Trafik Məlumatı Şurasının (OFV) sentyabrın 18-də dərc olunmuş hesabatında deyilir. 2026-cı ilə qədər ölkədə elektriklə işləyən avtomobillərin dizeldən daha çox olacağı proqnozlaşdırılır.

Bu gün, OFV-nin məlumatına görə, Norveçdə qeydiyyatda olan təxminən 2,87 milyon avtomobildən təxminən bir milyonu dizel, 754,303-ü elektrik və 753,905-i benzindir. Digər 364 388 avtomobil hibriddir.

OFV 2030-cu ilə qədər Norveçdə minik avtomobillərinin ümumi sayının təxminən 3,1 milyona yüksələcəyini proqnozlaşdırır. Eyni zamanda, son iyirmi il ərzində bir milyondan çox benzinlə işləyən avtomobil Norveçin avtomobil parkından çıxarılıb və əsasən elektriklə işləyən avtomobillərlə əvəz olunub. “Eyni şey dizellə işləyən avtomobillərlə də baş verəcək”, - hesabatda deyilir.

Chosen
1
1
herbiand.az

2Sources