EN

İsrail rəsmilərinə sui-qəsd planlaşdıran iş adamının planı ortaya çıxdı

İran və Hizbullahdan qisas gözləyən İsraildə gərginlik artmaqda avam edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələri, baş nazir Binyamin Netanyahu da daxil olmaqla, tanınmış simaları hədəf alan İsrail vətəndaşının həbs edildiyini açıqlayıb.

Açıqlamada, şübhəlinin Türkiyə ilə əlaqələri olan bir iş adamı olduğu və İsrailin baş naziri Netanyahu, müdafiə naziri Yoav Qallant və daxili kəşfiyyat təşkilatının rəhbəri Şin Bet Ronenə qarşı sui-qəsd ehtimalını qiymətləndirmək üçün İranda ən azı iki görüşdə iştirak etdiyi ifadə edilib. 

Məlumata görə, İsrail vətəndaşı olan iş adamı Türkiyədə yaşayır və türk şirkətləri ilə maliyyə əlaqələri var. İki Türkiyə vətəndaşının sui-qəsd planını müzakirə etmək üçün onu Samandağa dəvət edib. Lakin o, Tehrana gedərək İranın təhlükəsizlik işçisi ilə görüşüb. 

İş adamı sui-qəsd üçün əvvəlcədən 1 milyon dollar istəyib, daha sonra isə İrana gedərək sui-qəsddə istifadə olunacaq silahlar üçün 5 min avro alıb.  “Jerusalem Post” yazıb ki, o, sui-qəsd üçün İrandan İsraillə bağlı kəşfiyyat məlumatları da istəyib. 

Qəzet qeyd edib ki, İran israilli iş adamından sui-qəsddə rusları və amerikalıları da cəlb etməyi xahiş edib. 

Gülayə Mecid 

Chosen
133
50
unikal.az

10Sources