Bakı, 19 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 20-22-də Rusiyaya səfər edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Komitə sədri Ramin Məmmədov Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayı və Beynəlxalq Müsəlman Forumunun “Sülh yolu: dialoq harmonik birgəyaşayışın əsası kimi” mövzusunda XX yubiley iclasında iştirak edəcək.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək forumda beynəlxalq dini qurumların rəhbərləri, elmi-tədqiqat və təhsil müəssisələrinin aparıcı alimləri, xarici ölkələrin dövlət orqanları və ictimai təşkilatlarının nümayəndələri, həmçinin digər ənənəvi dinlərin təmsilçiləri qatılacaqlar.