EN

Antiterror tədbirləri hərb tarixində sayı çox az olan nöqtə hərbi əməliyyatlar sırasında qərarlaşır



"Bu gün ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirilən bir günlük hərbi əməliyyat dünya hərb tarixində sayı çox az olan nöqtə hərbi əməliyyatlar sırasında qərarlaşır".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O bildirib ki, 10 Noyabr bəyanatından sonra Qarabağda mülki erməni əhali ilə təmasların qurulması və bu prosesdə nizamlanyıcı olmaq qismində Rusiya sülhməramlı kontingenti gətirildi və bu addım özüylə bərabər törəmə yanaşmalar da gətirdi:

"Ermənistan höküməti, separtçı rejim və hətta missiyanın sahibi olan Rusiya belə tədricən burada həmişəlik qalacağıq kimi mövqe sərgiləməyə başladı. Separtçı qüvvələr yenidən formalaşdırıldı, silahlandırıldı və müharibə vaxtı bölgədən köç edən ermənilərdən əlavə ailələr də burada məskunlaşdırıldı. Sanki proses bununla da yekunlaşıb.

Hadisələrin gedişatını soyuqqanlılıqla izləyən rəsmi Bakı, baş verən proseslərə diplomatik, yəni, yumşaq gücün tətbiqi ilə cavab verməyə başladı və bu yanaşma tədricən dəyişərək sərt mövqeyə istiqamətləndi. Artıq hərbi gücün tətbiqi zəruri idi. Lakin qondarma rejimin rəhbərliyi qüvvələri yaşayış yerlərində, mülki əhalinin arasında yerləşdirməklə onlardan qalxan kimi istifadə etməyi hesablayırdı. Təbii ki, bunun ardında sonrakı proseslərdə Azərbaycanı ittiham edəcək əsasları toplamaq dayanırdı. Buna görə də ordumuzun qarşısında yüksək peşəkarlıq tələb edən döyüş planı qoyuldu. Nəticədə, separatçı qüvvələrin zərərsizləşdirilməsi və ölkə hüdudlarında süverenliyimizin tam bərpası naminə cənab Ali Baş komandan İlham Əliyevin rəhbərliyində Silahı Qüvvələrimiz tarixi əhəmiyyətili bir günlük antiterror tədbirini həyata keçirdi".

Pərviz Mirizadə deyib ki, Azərbaycan ordusunun peşəkarlığı erməni kartı ilə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrə istinad yeri saxlamadı:

"Bir nəfər belə mülki əhali zərər görmədi. Bundan sonra davam edən siyasi proseslər isə bəllidir.

Silahı qüvvələrimiz yüksək peşəkarlıq və iftixar yerimiz olan şəhidlərimizin sayəsində tarixi missiyanı uğurla başa vurdu. Artıq Qarabağın hər bir guşəsi yüksək səviyyəli inkişafa, tikinti quruculuq işlərinə şahidlik edir, bu torpaqların əsl sahibləri geri qayıdır və erməni vandalizminin izləri bu torpaqlardan bir dəfəlik silinir.

Bizi qürurlandıran, bizlərə qələbə sevincini yaşadan, zəfərimizin memarları cənab Prezident İlham Əliyev və rəşadətli Azərbaycan ordusudur.

Suverenliyimiz və ərazi bütövlüyümüz uğurunda canından keçmiş hər bir vətən övladına Allah rəhmət eləsin".

Süleyman
Chosen
28
newscenter.az

1Sources