EN

“Dinamo Zaqreb”in baş məşqçisi istefaya göndərilib

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası baş məşqçisi Sergey Yakiroviçlə yollarını ayırıb.

Klubun rəsmi saytı xəbər verir ki, mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Buna Zaqreb təmsilçisinin ölkə çempionatında “Hayduk”a 0:1 və UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Bavariya”ya 2:9 hesablı məğlubiyyətlər səbəb olub.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (5:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
7
azpost.info

10Sources