EN

Almaniya növbəti dəfə Ukraynaya maddi yardım ayırır\

Almaniya hökuməti yaxın vaxtlarda Kiyevə hərbi yardım göstərmək üçün əlavə 397 milyon avro ayırmaq niyyətindədir. Bu barədə DPA agentliyi məlumat yayıb. 

Pulun Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə vasitələrinin, pilotsuz təyyarələrin və hərbi texnikanın alınmasına sərf olunacağı güman edilir.
 
İlin sonuna qədər Kiyevi dəstəkləmək üçün hələ də təxminən 1,42 milyard avro lazımdır. Əlavə vəsaitin ayrılması üçün parlamentin təsdiqi tələb olunur. 
 
Almaniya ilə yanaşı ABŞ və bir sıra Avropa dövlətləri Rusiyanın Ukraynaya hücumundan sonra Ukraynaya maddi dəstək olublar. 
 
Hazırda iki ölkə arasında 2021-ci ilin fevralından müharibə gedir. 
 
Müharibə fonunda ABŞ və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsələr də Putin bu qərarından geri çəkilməyib. 
 
Bu yaxınlarda Ukrayna prezidentinin ABŞ-da Harislə görüşü gözlənilir. 
 
Gülnar 


www.anews.az
Chosen
20
2
anews.az

3Sources