Azərbaycanda xaricə ixracda ən çox bahalaşan meyvə və tərəvəzlərin adları məlum olub.
FED.az Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, yanvar-iyul aylarının nəticələrinə görə ən çox bahalaşan məhsul sarımsaq olub. Bu tərəvəzin orta ixrac qiyməti 50 qəpik və ya 25% artıb.
Fındıq qiyməti ən çox artan meyvə olub. Belə ki, 2023-cü illə müqayisədə 2,02 manat və ya 24% artım baş verib.
Qiymətləri ən kəskin aşağı düşən meyvə nar, tərəvəz isə xiyar olub. Belə ki, narın orta ixrac qiymətində illik 69 qəpik və ya 31%, xiyarda isə 67 qəpik və ya 29% azalma qeydə alınıb.
S/n | Meyvə, tərəvəz | 1 kq-nın orta ixrac qiyməti (2023) (AZN) | 1 kq-nın orta ixrac qiyməti (2024) (AZN) | Qiymətin Dəyişməsi (manatla) | Qiymətin Dəyişməsi (faizlə) |
1. | Sarımsaq | 2,04 | 2,55 | 0,51 | 25% |
2. | Fındıq | 8,46 | 10,48 | 2,02 | 24% |
3. | Ərik | 1,76 | 2,00 | 0,24 | 14% |
4. | Şaftalı | 1,91 | 2,11 | 0,20 | 10% |
5. | Xurma | 1,24 | 1,34 | 0,10 | 8% |
6. | Pomidor | 1,89 | 2,03 | 0,14 | 8% |
7. | Lobya | 1,94 | 2,08 | 0,14 | 7% |
8. | Heyva | 1,68 | 1,79 | 0,11 | 7% |
9. | Qarpız | 0,77 | 0,81 | 0,04 | 5% |
10. | Armud | 1,05 | 1,08 | 0,03 | 3% |
11. | Alma | 1,10 | 1,13 | 0,03 | 3% |
12. | Kartof | 0,74 | 0,72 | -0,02 | -3% |
13. | Təzə üzüm | 1,71 | 1,61 | -0,10 | -6% |
14. | Çiyələk | 2,33 | 2,17 | -0,16 | -7% |
15. | Yerkökü | 0,83 | 0,75 | -0,07 | -9% |
16. | Gilas/albalı | 2,13 | 1,62 | -0,50 | -24% |
17. | Xiyar | 2,29 | 1,62 | -0,67 | -29% |
18. | Nar | 2,21 | 1,52 | -0,69 | -31% |