EN

Gürcüstanda ŞOK OLAY - Trans model ÖLDÜRÜLDÜ

Gürcüstanın paytaxtı Tiflisdə məşhur transgender model Kesariya Abramidze öldürülüb.

Musavat.com xəbər verir ki, o, evdə çoxsaylı bıçaq xəsarətləri ilə ölü tapılıb.

Polis son dərəcə amansızlıqla qəsdən adam öldürmə ilə bağlı araşdırmaya başlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı B.J saxlanılıb və ondan bıçaq götürülüb.

Abramidzenin 37 yaşı var idi və 2018-ci ildə "Miss Trans Star İnternational" müsabiqəsində iştirakı ilə tanınıb.

Qətl Gürcüstanda “LGBT təbliğatını” qadağan edən qanunun qəbulundan bir gün sonra baş verib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
3
musavat.com

4Sources