Tbilisidə məşhur transseksual model Kesariya Abramidze qətlə yetirilib.
Axşam.az xəbər verir ki, 37 yaşlı model mənzilində ölü tapılıb. Onun bədənində bıçaq xəsarətləri aşkarlanıb. Ona təxminən 50 bıçaq zərbəsi vurulub.
“Pirveli” telekanalının məlumatına görə, qətli törətməkdə şübhəli bilinən yaşı 30-dan az olan şəxs axtarışa verilib. Buna sosial şəbəkələrdə yayılan fotonun səbəb olduğu iddia edilir. vakansiyalar
Kesariyanın dostları onun uzun müddətdir bir kişi ilə münasibətdə olduğunu bildirib. Model özü də dəfələrlə keçmiş sevgilisi tərəfindən zorakılığa məruz qaldığını etiraf edib.
Qeyd edək ki, Abramidze Gürcüstanın ən məşhur transseksual qadınıdır. O, müntəzəm olaraq müxtəlif tok-şoulara dəvət alır, seriallarda çəkilir və tez-tez qalmaqallı müsahibələr verir. 2018-ci ildə o, transgenderlər arasında keçirilən gözəllik müsabiqəsində Gürcüstanı təmsil edib.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanda LGBT təbliğatı və cinsiyyət dəyişdirilməsi qadağan edilib.
Telegram kanalımız