EN

Alman avtomobil nəhəngi indi də Çindəki fabrikini bağlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” bu dəfə də Çindəki zavodlarını bağlamağı planlaşdırır.

Banco.az xəbər verir ki, “Volkswagen” və onun ən qədim çinli tərəfdaşı daxili yanma mühərrikli avtomobillərə tələbatın azalması səbəbindən Çindəki bir fabriki və bəlkə də daha çox fabrikini bağlamağı planlaşdırır.

Alman avtomobil istehsalçısı "Volkswagen" "SAIC Motor Corp" ilə iyirmi illik birgə müəssisi olan Nankinqdəki fabriki gələn il ərzində bağlamağı düşünür. 

Qeyd edək ki, VW Passat və Skoda avtomobilləri istehsal edən müəssisənin illik 360 min avtomobil istehsal etmək gücü var.

“SAIC Volkswagen Automobile” iki il əvvəl Şanxay bazasında 1980-ci illərin ortalarından bəri açıq olan fabrikdə istehsalı dayandırmışdı.

Çində üzləşdiyi problemlərin böyüklüyünü vurğulayan şirkət satışların kəskin azalmasından sonra tərəfdaşların VW-nin Skoda markası üçün strategiyanın nəzərdən keçirilməsi prosesini həyata keçirdiklərini təsdiqləyib. Bildirilib ki, Zhejiang əyalətinin Ninbo şəhərində yerləşən və müxtəlif Skoda modelləri istehsal edən obyekt aylardır fəaliyyətsiz qalıb və bağlanması nəzərdən keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
24
banco.az

1Sources