EN

Banklarımızın ən gənc rəhbərləri kimlərdir? – Araşdırma

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bu gün Azərbaycanın bank sektorunda gənc kadrların rolu artıb. Bu səbəblə bu dəfəki məqaləmizdə banklarmızın rəhbərlərini araşdırmışıq.

Araşdırmamıza əsasən, bank sektorumuzda 13 bankın rəhbəri 1980-ci ildən sonra, 5 bankın sədri 1970-80-ci illərdə, 4 bankın rəhbəri isə 1970-ci ildə əvvəl anadan olub.

Azərbaycan Mərkəzi Bankı-nın sədri Taleh Kazımovun 41 yaşı var. Ən gənc bankir Premium Bank-ı idarə edən Kamil Lətifovdur. Sədrin hazırda 38 yaşı var.

Ölkəmizin aktivlərinə görə ən böyük bankı olan ABB-ni 43 yaşlı Abbas İbrahimov idarə edir.

TOP-5 banklar sırasında olan Kapital Bank-ın sədri Fərid Hüseynovun 41, Xalq Bank-ın sədri Kamran Məcidovun 42, Bank Respublika-nın sədri Tariyel İsmayılovun 43, PAŞA Bank-ın sədri Cavid Quliyevin isə 52 yaşı var.

Bank of Baku-nu 39 yaşlı Həsən Quliyev, TuranBank-ı Orxan Qarayev, AFB Bankı isə Orxan Xubanlı idarə edir. Hər iki sədrin də 41 yaşı var.

AccessBank-ı idarə edən Davit Tsiklaurinin, Bank VTB-nin sədri İqor Okayevin və Unibank-ın sədri Fərid Abuşovun 43 yaşı var. Azər Türk Bank-ın CEO-su Orxan Hüseynovun 42 yaşı var.

Rabitəbank-ı idarə edən Aydın Hüseynov və Yelo Bank-ın sədri Anar Həsənovun müvafiq olaraq 45 və 46 yaşları var.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
15
banco.az

1Sources