“Qalatasaray”da zədəli olan Mauoro İkardi komanda ilə məşqlərə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, agentinalı hücumçu dünən müalicə olduğu vətəni Argentinadan İstanbula qayıdıb. O, uzun müddət sonra komanda ilə məşqlərdə iştirak edib.
İkardinin “Fənərbağça” derbisində oynayıb-oynamayacağı hələ də sual altındadır. Daha öncə baş məşqçi Okan Buruk futbolçunun meydana çıxa bilməyəcəyini vurğulamışdı.
“Fənərbağça” – “Qalatasaray” matçı sentyabrın 21-də, saat 21:00-da start götürəcək.