Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) Pul Siyasəti Komitəsi (PPK) sentyabr iclasında siyasət faizini yüzdə 50,00 səviyyəsində sabit saxlayıb.
Faiz qərarının açıqlandığı mətndə bildirilir ki, inflyasiya ilə bağlı göstəricilər və onun əsas tendensiyası yaxından izləniləcək və İdarə Heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq sərəncamında olan bütün alətlərdən qətiyyətlə istifadə edəcək.