EN

Ukrayna rəsmisi Rusiyanın Kurskdakı hücumunun "dayandırıldığını" iddia edir

AFP: Rusiyanın Kursk vilayətində Ukraynanın nəzarətində olan əraziləri geri almaq üçün əks-hücum "dayandırılıb", Moskvanın qəfil hücumu dəf etməyə başladığını söylədikdən sonra Ukrayna ordusunun rəsmisi çərşənbə günü AFP-yə deyib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Kiyevin Rusiya ilə müharibəni bitirmək üçün “qələbə planını” “tam hazırladığını” və bunu ABŞ lideri Co Baydenlə müzakirə edəcəyini söylədi.

Bu ayın əvvəlində Rusiya Ukrayananın hücum əməliyyatına başladığı vaxtdan bəri tutduğu ərazilərdə bir neçə kəndi geri aldığını bildirib.

"Onlar cinahlardan hücuma keçməyə çalışdılar, lakin dayandırıldılar”, Ukraynanın Kurskdakı hərbi administrasiyasının nümayəndəsi Aleksey Dmitraşkovski AFP-yə deyib.

“Vəziyyət stabilləşib və bu gün hər şey nəzarət altındadır, onlar uğur əldə edə bilməybiblər”, - deyə o bildirib.

Daha sonra Ukrayna rəsmisi bu bəyanatın əhəmiyyətini azaldıb.

“Rusiyanın Kursk vilayətində əməliyyatı hələ də davam edir, ona görə də onun tam iflasa uğradığını söyləmək hələ tezdir”, - adının açıqlanmasını istəməyən rəsmi bildirib.

Zelenski "qələbə planı"nı rekalm edir

Zelenski daha sonra gündəlik axşam çıxışında qətiyyətli ton barədə danışıb.

“Bu gün deyə bilərik ki, qələbə üçün planımız, bütün bəndləri tam hazırdır”, - deyə o bildirib.

"Hər şey hazırlanıb. İndi ən əsası onu həyata keçirmək əzmidir".

Ukrayna lideri keçən həftə bildirib ki, bu planı “bu ay” Baydenlə ​​müzakirə edəcək.

O əlavə edib ki, “sülhə, müharibənin dondurulmasına və ya sadəcə olaraq Rusiya təcavüzünü başqa mərhələyə daşıyacaq hər hansı digər manipulyasiyaya alternativ ola bilməz. Bizə Ukrayna, demək bütün Avropa üçün etibarlı və davamlı təhlükəsizlik lazımdır”.

Zelenski noyabrda Rusiyanın da dəvət ediləcəyi daha bir beynəlxalq sülh sammiti keçirmək niyyətində olduğunu bildirib, orada müharibəni bitirməyi necə gördüyünü açıqlayacaq.

“Orada heç nə işləmir”

Rusiya cəbhəsinə gəlincə, Dmitraşkovski Ukrayna qüvvələrinin işğal etdiyi ərazilərdə hələ də “bir neçə min” rusiyalı mülki vətəndaşın yaşadığını bildirib.

“Bəzi qəsəbələrdə 100-dən çox, 200-dən çox, 500-dən çox insan yaşayır.

Rusiya Kiyevin nəzarətində olan ərazilərdə neçə mülki vətəndaşın qaldığını açıqlamayıb, yalnız 130 min nəfərin qaçdığını bildirib.

Dmitraşkovski həmçinin bildirib ki, Rusiya torpaqları geri almağa çalışarkən bölgəyə endirdiyi zərbələr avqustun sonundan bəri “23 mülki vətəndaşı” öldürüb və onlar “Ukrayna hərbçiləri ilə birlikdə ölür”.

Onun sözlərinə görə, mülki şəxslərin "ərazidən çıxmasına icazə verilmir", çünki "vəziyyət nəzarət altında olmalıdır", lakin ərazinin ətrafında "hərəkət etməyə" icazə verilir.

Dmitraşkovski  deyib ki, onlar "bir-birlərinə baş çəkə, orada yemək yeyə, hardasa birləşə, kartof qaza, bağçada işləyə bilərlər".

Onun sözlərinə görə, mülki şəxslərin Rusiyanın nəzarətində olan ərazilərə getməsinə icazə verilməsinin yeganə yolu, Ukrayna və Rusiyanın “bu məsələlərlə məşğul olan beynəlxalq təşkilatlar vasitəsilə müşahidəçilərin nəzarəti altında yaşıl dəhliz açmağa razı olmasıdır”.

Kiyev bu həftə BMT-ni Kursk vilayətində saxladığı ərazidə vəziyyəti yoxlamağa dəvət edib və bu, Moskvanı qəzəbləndirib.

Dmitraşkovski bildirib ki, əraziyə ərzaq qonşu Sumi vilayətindən gətirilir.

“Sumı vilayət administrasiyası hər həftə çörək almaq üçün vəsait ayırır, silahlı qüvvələr su ilə təmin edir, administrasiya ərzaq paketləri verir”.

"Orada heç nə işləmir, mağazalar, apteklər, heç nə" deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, qoşunları Kursk şəhərinin bəzi bölgələrində hücumu davam etdirir və regionun başqa yerlərində Ukrayna hərbçilərinin hücumlarını dəf edir.

Raket anbarı "məhv edildi"

Çərşənbə günü səhər saatlarında Ukrayna Rusiyanın qərbindəki Tver vilayətində silah anbarına hücum etdiyini və bunun nəticəsində yaxınlıqdakı sakinlərin təxliyəsinə səbəb olan güclü yanğına səbəb olduğunu bildirib.

Rusiya sosial şəbəkələrində yayılan videoda şok dalğası aşağıda yayılarkən gecə səmaya alov topunun düşdüyünü göstərir. Başqa bir videoda gölməçədən tüstü və alov sütunlarının yüksəlməsi göstərilir.

Ukrayna təhlükəsizlik xidmətlərindəki mənbə AFP-yə bildirib ki, Ukrayna pilotsuz təyyarələri “Rusiya Müdafiə Nazirliyinin Tver vilayətinin Toropets şəhərindəki baş raket və artilleriya idarəsinin böyük anbarını məhv edib”.

“Anbarda “İsgəndər” əməliyyat-taktiki raket sistemləri üçün raketlər, “Toçka-U” taktiki raket sistemləri, idarə olunan bombalar və artilleriya döyüş sursatları olub”, - deyə mənbə əlavə edib.

Mənbə bildirib ki, yanğın altı kilometr (dörd mil) genişlikdə əraziyə yayılıb.

Toropets Moskvadan 400 kilometr şimal-qərbdə yerləşir.

Ukrayna, ümumiyyətlə, Rusiyaya hücumlara görə birbaşa məsuliyyəti üzərinə götürmür, lakin tez-tez onları alqışlayır və bunun sadəcə Moskvanın 2022-ci ildə müharibə başlayandan bəri öz ərazisində həyata keçirdiyi hücumlara görə qisas olduğunu iddia edir.

 

Chosen
106
42
turan.az

10Sources