Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-avqust aylarında İtaliyaya 3.9 milyard dollar dəyərində 6.2 milyon ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 756 milyon 631 min dollar və ya 16.1% azalıb.
İtaliyaya neft ixracının həcmi də ötən ilin yanvar-avqust aylarına nisbətdə 17.6% azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 7.6 milyon ton neft satıb.
Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. İlk 10 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 6.96 milyard dollara bərabər olub.