7NEWS.az xəbər verir ki, Çinin Quandun əyalətində dünən məktəbə gedərkən bıçaqlı hücuma məruz qalan 10 yaşlı Yaponiya vətəndaşının öldürüldüyü bildirilib. Şinjin dünən məktəbə gedərkən bir şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb. Yaralı xəstəxanaya aparılıb ancaq həyatını xilas etmək mümkün olmayıb. 44 yaşlı təcavüzkar isə nəzarətə götürülüb.