EN

Yeni telekanal fəaliyyətə başlayır - FOTO

Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat verib. 

Hüseynli, "Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını açıqlayıb. Kanalın idman formatında olacağı və yaxın zamanda yerli kabel operatorları vasitəsilə yayımlanacağı bildirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda idman formatında fəaliyyət göstərən "İdman Azərbaycan” və "CBC Sport” kanalları mövcuddur.

  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
43
turanpress.com

10Sources