Keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı fəaliyyət göstərmələrinin yeganə məqsədi hakimiyyəti ələ keçirmək şanslarını artırmaq olub.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın təhvil verilməsini və ermənilərin oranı tərk etməsini keçmiş prezidentlər sevinclə qarşılayıblar.
"Ən azı Ermənistanın ikinci və üçüncü prezidentlərinin və onların komandaları belə bir hadisə baş verən zaman nəinki alqışladıqları, hətta sevincindən az qala atılıb-düşdükləri bir faktdır", - nazir qeyd edib.
Nazir Qarabağın təhvil verilməsini və ermənilərin bu əraziləri tərk etməsini də keçmiş prezidentlərin əl olduğunu qeyd edib.
"Keçmiş prezidentlərin on illik danışıqları yalnız Dağlıq Qarabağın və ətraf ərazilərin nə vaxt və necə təslim ediləcəyi ilə bağlı olub”, - Papoyan vurğulayıb.
Nazir onu da əlavə edib ki, onlar hətta hansı ərazidən və nə vaxt imtina etmək barədə gizli razılığa gəliblər.
Mürtəza
Ölkə.Az