EN

Rusiya qəzəb içində: Hindistan mərmiləri Kiyevə gedir

Bir ildən çoxdur ki, AB Hindistan istehsalı olan artilleriya mərmilərini Ukraynaya yönləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Hindistan istehsalı olan artilleriya mərmiləri İtaliya və Çexiyadan Ukraynaya yönləndirilir. Belə tədarüklər bir ildən artıqdır ki, davam edir. Rusiya tədarüklərə görə qəzəb içindədir, lakin Hindistan buna reaksiya verməyib. Sursatın miqdarına gəlincə, bu, Ukraynanın silah idxalının 1%-dən azını təşkil edir”, - mənbə bildirib.
Chosen
16
3
buta.tv

4Sources