EN

PayPal ödəniş sistemi ruslar üçün komissiya tətbiq edib

Amerikanın elektron ödəniş sistemi PayPal oktyabrın 7-dən etibarən rusların qeyri-aktiv hesabları üçün komissiya tətbiq edəcək. 
 
"Ödəniş şəxsi və biznes hesablarına aiddir. Son 12 ay ərzində aktiv olmayan müsbət qalığı olan hesablar üçün komissiya ildə bir dəfə tutulur”, - xidmətin müştərilərə ünvanladığı mesajda bildirilir.

Komissiyanın 3,5 min rubl(37 dollar) olacağı bildirilir.

PayPal həmçinin qeyd edib ki, əgər istifadəçi yeni ödənişlərə razı deyilsə, bu dəyişikliklərin qüvvəyə minmə tarixindən əvvəl hesabını bağlamalıdır.

PayPal 2022-ci ilin martından Rusiyada fəaliyyətini dayandırıb. Hazırda xidmət rusiyalı istifadəçilər üçün yeni şəxsi və ya korporativ hesablar açmır. Rusiya Federasiyasında ödənişlərin göndərilməsi və ya alınması xidmətləri də dayandırılıb.
 
Aytac 

www.anews.az
Chosen
11
anews.az

1Sources