EN

Hakerlər Britaniya parlamentarilərinin “X”dəki hesablarını sındırdılar


Bir neçə Britaniya parlamentarisinin “X” sosial şəbəkəsindəki profilləri kriptovalyuta reklamlarının yerləşdirilməsi üçün sındırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, naməlum hakerlər Britaniyanın ədliyyə naziri Şabana Mahmud və Leyboristlər Partiyasının deputatları Kris Elmor və Karolin Harrisin hesablarını sındırıblar.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhifələri də hücuma məruz qalıb.
Nəşr qeyd edir ki, hesablarda daha sonra silinən eyni mesajlar dərc edilib.
Qeyd edək ki, avqust ayında hakerlər “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappenin “X” sosial şəbəkəsindəki rəsmi hesabını sındırmış, həmçinin, futbolçunun adından təhqiramiz mesajlar dərc etmişdilər.
Chosen
9
yeniavaz.com

1Sources