Malinin paytaxtı Bamakoda terrorçuların silahlı hücumu nəticəsində 77 nəfər ölüb, 255 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “France-Presse” nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hücum edənlərin əsas hədəfləri jandarma məktəbi və hava limanı olub.
Qeyd olunur ki, sentyabrın 17-də səhər tezdən bir qrup terrorçu şəhərin cənub-şərqindəki jandarma məktəbinə girməyə cəhd edib. Göstərilən ərazidə partlayışlar və atışma baş verib və bir müddət sonra hərbçilər vəziyyətə nəzarət etdiklərini açıqlayıblar.
Hücum səbəbilə Modibo Keyta Beynəlxalq Hava Limanına giriş də müvəqqəti olaraq məhdudlaşdırılıb.
Gülayə Mecid