“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin Müşahidə Şurasının sədri dəyişdirilib.
Banker.az xəbər verir ki, “FinEx Kredit”in səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Qurbanova Sevinc Nəsirəddin qızı Müşahidə Şurasına üzv seçilib. O bu vəzifədə Cavadov Azad Malik oğlunu əvəz edib.
Tağıyev Murğuz Elşən oğlu isə Müşahidə Şurasının üzvlüyündən çıxarılıb, İsrafilov Etibar Nizaməddin oğlu isə bu struktura üzv seçilib.
Qurbanova Sevinc buna qədər BOKT-nin baş mühasibi idi.
Hazırda “FinEx Kredit”in İdarə heyəti sədri Məmmədova Leyli Calal qızıdır.
“Finex Kredit” BOKT 2013-cü ildən fəaliyətdədir. Onun nizamnamə kapitalında payı olan səhmdarlar bunlardır:
- 95% – Şəlalə Tağıyeva
- 25% – Raminə Allahverdiyeva
- 63% – Azad Cəbrayılov
- 83% – Mobil Şərifov
- 08% – Tokay Şıxəlizadə
- 75% – Rövşən Məmmədov
- 63% – Tofiq Cəfərov
- 25% – Azər Hacıyev
- 03% – Gülnarə Tağıyeva
- 63% – Sevil Hidayətova