Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur.
© "Report