EN

Qara Qarayevin yeni klubu bilindi

"Neftçi"dən ayrılan Qara Qarayevin yeni klubu müəyyənləşib.

Prosport.Az-ın xəbərinə görə, "Neftçi" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Qara Qarayev sərbəst futbolçuya çevrilib.

Bu isə dayaq yarımmüdafiəçisinin başqa kluba keçməsini asanlaşdırıb. Onun yeni klubu "Zirə" olacaq.

Məhz Rəşad Sadıqov "Qarabağ"da bir yerdə oynadığı köhnə dostuna bu çətin durumda əl uzadıb. "Qarabağ" da Qaranı klubsuz qalmasın deyə, heyətinə qaytarmaq istəyirdi. Lakin futbolçu bir dəfə ayrıldığı kluba geri qayıtmaq istəməyib.

Tezliklə "Zirə" bu transferi açıqlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
prosport.az

1Sources