EN

Mügeylə Demet arasında qalmaqal

Pop ulduz Demet Akalınla məşhur aparıcı Müge Anlı arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Demet Akalının Narin məsələsi ilə bağlı Mügeyə irad bildirməsi olub.  O, Mügenin azyaşlının qətlini araşdırmamasını tənqid edib.

Bundan sonra, Müge efirdə “Mən müxbir göndərmədiyim, araşdırmadığım məsələdən danışa bilmərəm. Bu mövzunu da bilərək müzakirə etmədim. Çünki hadisəylə bağlı yayım qadağası gətirilmişdi. Sonradan isə araşdırmadığım üçün şərh verə bilməzdim. 

Mən müzakirə etdiyim məsələləri gecədən araşdırıram Məsələn, bu dosyeni əzbər bilirəm. Səhərə qədər çalışıram. Yoxsa uzaqdan nə gəldi deyə bilmərəm. Onun üçün mənim adımı heç kim bu məsələyə qarışdırmasın. Qarışdıranların da adlarını çəkib, cavablarını verərəm. Bunun altından qalxa bilməzsiniz. Xüsusilə o mövzuya toxunmadım. Hansı ki, şübhəlilər də polis tərəfindən nəzarətə götürüldü”, - deyə, bildirib.

Demet isə ona “Müge, mənə cavab verməyinə ehtiyac yoxdur. Bəlkə, Narinin “xoruzumu kəsirdi” deyən anası həbsxanadan səni izləyib insafa gələrdi. Hər kəsə maraqlı olan suala görə, niyə narahatsan?” cavabını verib.

Chosen
27
4
olay.az

5Sources