EN

“Müharibə daha da şiddətlənir” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır, döyüşlər davam edir. Xarici nəşrlərin məlumatına görə, Ukraynada 200 mindən artıq əsgər və zabit həlak olub, çoxlu yaralılar var. Rusiya tərəfindən isə 610 min nəfərin öldüyü bildirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. O bildirib ki, Ukraynanın Kursk vilayətini işğal etməsi və orada hücumları davam etdirməsi Rusiyada ciddi narazılıqlara səbəb olub: “Buna görə də Rusiya məcbur oldu ki, Xarkovdan hərbi hissələrinin müəyyən qismini çıxarıb Kurska yönləndirsin. Hazırda da Kursk uğrunda döyüşlər gedir. Kursku işğal etməkdə əsas məqsəd o idi ki, Xarkov cəbhəsində rusların təzyiqi azaldılsın və buna demək olar ki, nail olundu. Zelenski isə bildirdi ki, Rusiyanı işğal etmək fikirləri yoxdur.Son günlər Ukrayna cəbhəsində olan xarici yardımlar müharibəni daha da qızışdırır. Keçən həftə Moskvada böyük neftayırma zavodu partladıldı, həmçinin digər şəhərlərdə də bu proseslər gedir. Bütün bunlar isə böyük səs-küyə səbəb olur, müharibə daha da şiddətlənir. Eyni zamanda qeyd etmək lazımdır ki, Ukraynanın da energetika sahəsinin 80 faizi məhv edilib.Müharibənin dayandırılması üçün müəyyən addımlar atılsa, danışıqlar aparılsa da, hələlik heç bir nəticə yoxdur. Çünki Ukrayna öz torpaqlarını tam azad etmək istəyir, Rusiya isə işğal etdiyi torpaqları əlində saxlamaq istəyir. Buna görə də, hələlik danışıqlar baş tutmur”.
Müəllif: Səbinə Hüseynli

Chosen
15
50
sesqazeti.az

10Sources