EN

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Livanda rabitə cihazlarında baş verən partlayış insanlar arasında təşviş yaradıb. 

İstifadə etdiyimiz telefonlarda da bu tip partlayışlar baş verə bilərmi? 

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Rəşad Rza “Operativ Media”ya fikirlərini bildirib:

O bildirib ki, mobil telefonların partlaması səhlənkarlıqdan baş verir:

“Mobil telefonların partlaması bəzən sahiblərinin səhlənkarlığı ucbatından baş verir. Telefonun enerji yığmaq üçün elektrikdə çox saxlamaq partlamaya əsas səbəblərdən biridir. Partlayış və yanğınlar təkcə batareyaların keyfiyyətsiz olması səbəbindən baş vermir.

Bir çoxlarımız isə telefonumuzu enerji yığması üçün gecədən səhərə kimi şəbəkəyə qoşulmuş vəziyyətdə saxlayırıq. Bu bizi enerji cəhətdən gün ərzində təmin etsə də, bir sıra ciddi problemlərə yol aça bilər. Belə ki, uzun müddət enerji yığan telefon həm sağlamlığımıza ziyandır, həm də təhlükəsizlik baxımından müxtəlif problemlərə yol açır”

Ekspert ötən gün Livanda rabitə cihazlarında baş verən partlayış barədə də danışıb.

Peycerlərdə baş verən partlayış digərlərindən fərqlidir. Telefonda partlayış baş verərsə, yaxın məsafədəki insan xəsarət ala bilər. Amma bu partlayış xüsusiyyətləri ayrıdır. Bu cihazların içində başqa elementlər yerləşdirilir ki, bu bir başa partlayışa səbəb olur. Bu cihazlara "kənardan müdaxilə" mümkündür.

Peycerlərə kənar müdaxilələr zamanı təhlükəli hallar baş verə bilər. Peycerlərə istənilən notbookdan, telefondan virus göndərərək və ya təlimat verməklə partlayış yaratmaq olar.

Əvvəl bu kimi halları yalnız filmlərdə görürdük. Artıq bu hadisələrə canlı şəkildə şahid oluruq. Peycerlərin içərisində elə elementlər olur ki, partlayış baş verə bilir. Amma xüsusi böyük partlamalar yaratmaq üçün öncədən bu peycerlərə daha güclü patlayışa səbəb olacaq müəyyən elementlər istifadə oluna bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
operativmedia.az

1Sources