EN

Ekspres avtobuslarda qiymət niyə bahadır? - "Avtobusun dayandığı dayanacaq sayı qiymət fərqi yaradan faktor deyil"

Son aylarda paytaxtın bir neçə istiqamətində ekspres avtobuslar fəaliyyətə başlayıb. Məhz bu avtobuslarda gedişhaqqı eyni istiqamətdə gedən digər adi avtobuslardan daha çoxdur. Belə ki, Bakı qəsəbələri istiqamətində təşkil olunan bu avtobuslarda gedişhaqqı 70-80 qəpik təşkil edir. Həmin ərazilərə hərəkət edən sıradan avtobuslarda isə gedişhhaqqı 60 qəpik təyin olunub.


Nəzərə alsaq ki, ekspres avtobuslar digər avtobuslarla eyni istiqamətdə və məsafədə yol qət edir və buna görə eyni miqdarda yanacaq sərf olunur, bəs nəyə görə qiymət fərqi müşahidə olunur?


Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidməti Referans.az-a açıqlama verib.


“Daha yüksək sürət və az dayanacaq sayı ilə uzun məsafələrə səfər etmək üçün hesablanan ekspres avtobuslarda gediş haqqı təqdim olunan xidmətə uyğun təyin edilir. Müntəzəm avtobus marşrutlardan fərqli olaraq ekspres avtobuslarda gediş haqqı daşıyıcı tərəfindən təyin edilə bilir”.


Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə qeyd edib ki, eyni istiqamətlərdə hərəkət edən avtobuslarda əlavə xidmət təqdim olunmadığı təqdirdə qiymət fərqinin olması düzgün deyil.




“Qanunvericilikdə belə bir bölüm var ki, məsafədən asılı olaraq tariflərə müəyyən dəyişiklik edilə bilər. Lakin eyni istiqamətdə, eyni məsafəni gedən, əlavə komfortu olmayan avtobuslarda bu qiymət fərqi olmamalıdır. Avtobusun dayandığı dayanacaq sayı qiymət fərqi yaradan faktor deyil. Paytaxt daxilində hərəkət edən avtobuslarda gedişhaqqı Tarif Şurası tərəfindən 50 qəpik təyin olunub, sözügedən ərazilər üçün isə bu qiymət uzaq məsafə səbəbilə 60 qəpikdir. Bu aydın məsələdir, burada məsafə faktoru qiymətə təsir edir amma geri qalan faktorlar xüsusi bir xidmət təqdim olunmadığı təqdirdə qiymətin artıq olmasına səbəb vermir”.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
1
referans.az

2Sources