EN

Bu həkimlərin etdiyi botoks ÖLDÜRÜR - Həyatınız TƏHLÜKƏDƏ! 

Yanlış botoks proseduru ölümlə nəticələnə bilər. 

Yenisabah.az xəbər verir ki, xüsusilə son illərdə trend halına gələn və tətbiq yaşı xeyli azalan botoks ölümlə nəticələnə bilər. Ekspertlər vacib xəbərdarlıqlar ediblər. 

Məsələ barədə açıqlama verən dermatoloq Zeynel Öndər botoksun yalnız Səhiyyə Nazirliyinin təsdiq etdiyi dərmanlarla və bu sahədə ixtisaslaşmış həkimlər tərəfindən edilməsi lazım olduğunu vurğulayıb:  vakansiya

"Yanlış əldə edilən botoks ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər. Vətəndaşlarımız mütləq araşdırma aparmalıdırlar. Botoks alacaqları mərkəzlər və həkimlərin lazımlı icazələri olub-olmadığından əmin olmalıdırlar. Botoks həm tibb sahəsində, həm də estetik məqsədlə istifadə edilə bilər. İncə qırışları aradan qaldırmaq və ya qırışdan əvvəl müalicə üçün istifadə olunur. Botoks bir dərman olduğundan, dozadan istifadə çox vacibdir. Bu proses təcrübə tələb edir. Lakin son vaxtlar botoks kimi kosmetik prosedurlara meyl artıb. Bu səbəblə nərdivan altı kimi təsvir etdiyimiz yerlərdə şüursuzca botoks əməliyyatları edilir. Belə yerlərdə botoks etdirdikdən sonra xəstələr müalicə üçün bizə müraciət edirlər. Yanlış prosedurlar tətbiq olunur. Bəzi müəssisələrdə botoks nazirliyin icazəsi olmayan dərmanlarla aparılır. Belə yerlərdə botoks etdirən xəstələrdə sağlamlıq problemləri yaranır. Biz pasiyentlərə nazirliyin təsdiq etdiyi mütəxəssislər tərəfindən botoks etdirməyi tövsiyə edirik”. 

Həkim qeyd edib ki, saxta kosmetoloqlar tərəfindən tətbiq edilən botoks xəstələrdə ciddi narahatlıq yarada bilər: 

“Üzün sallanması, deformasiya və tənəffüs əzələlərinin zədələnməsi kimi ciddi problemlərə səbəb ola bilər. Yanlış dərman istifadə edilərsə və ya yanlış yerə vurularsa, tənəffüs çatışmazlığından ölüm baş verə bilər". 

Aytac Şahin 


Telegram kanalımız
Chosen
17
1
yenisabah.az

2Sources