Baku TV Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Sərxan Köklərovun ailəsindən reportaj hazırlayıb.
Şəhidin qardaşı Absələddin Köklərov onunla sonuncu söhbətindən söz açıb:
"Sentyabrın 19-da saat ikidə danışdıq. Dedi ki, ermənilərin üç mövqeyini vurmuşuq, onları yerlə bir etmişik, axşam xəbərlərdə baxarsan. Mənimlə danışandan bir saat sonra vurulmuşdu".
A.Köklərov qardaşının şəhid olmasından sonra muzey açıb.
"Gördüm ki, evə gələnlər çoxdur. Şəhidlərimiz unudulmasın deyə bu muzeyi yaratdım. Məqsədim Azərbaycan şəhidlərini dünyaya tanıtmaqdır. Sərxanla eyni gündə şəhid olanların hamısı mənim qardaşımdır. Burada 201 şəhidin, o cümlədən Vətən müharibəsinin Balakən şəhidlərinin şəkillərini yerləşdirə bilmişəm".
Daha ətraflı süjetdə:
Mənbə: oxu.az