EN

Peşəkar Çövkən Liqasının l dövrəsi yekunlaşıb

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə yekunlaşıb. Sport24.az xəbər verir ki, "Zəfər" və "Ağstafa Dilbaz" çövkən komandaları arasında baş tutan gərgin mübarizə "Zəfər" komandasının 9-0 hesablı böyük üstünlüyü ilə başa çatıb.
 
Saat 17:00-da "Sərhədçi" və "Embawood" komandaları arasında keçirilən günün ikinci oyunu "Sərhədçi" komandasının 3-0 hesablı qələbəsi ilə, günün son oyunu isə saat 18:00-da "Polad" və "Köhlən" komandaları arasında keçirilib. Mübarizə "Polad" komandasının 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Turun növbəti qarşılaşması "Omar" komandasının "Qarabağ" komandası üzərində 3-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma "Elit" komandasının "Şirvan" komandası üzərində 6-0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları sentyabrın 24-25-də baş tutacaq.

Chosen
87
13
sport24.az

10Sources